SİYASƏT
Azərbaycan xalqının Qələbə sevinci ərəb KİV-lərində
Qahirə, 11 noyabr, AZƏRTAC
Azərbaycan xalqının Qələbə sevinci, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə”, Qətərin “Aljazeera”, İordaniyanın “Almamlaka”, Misirin “MBC Masr”, “Extranews” və “Nilenews”, “Skynews Arabic”, “İ24 Arabic” televiziya kanallarının efirində Azərbaycan xalqının Qələbə sevinci, dövlətimizin başçısının xalqa müraciəti haqqında geniş reportajlar yayımlanıb. Ərəb televiziya kanalları, həmçinin Ermənistanın məğlubiyyəti, ermənilərin Yerevanda Paşinyanın kabinetinə hücum etməsi barədə də süjetlər veriblər.
Ərəb ölkələrinin informasiya agentlikləri də Azərbaycan xalqının tarixi Qələbəsi barədə xəbərlər yayıb. Misirin MENA və “Asiaelyoum”, Tunisin TAP xəbər agentliklərinin saytlarında Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və ermənilərin Yerevanda iğtişaşlar törətməsi barədə yazılıb.
Tarixi Qələbəmiz haqqında materiallar ərəb ölkələrinin nüfuzlu qəzetlərində də dərc edilib. “Arabnews”, “Əl Əhram”, “Jordantimes”, "Əl Cəzirə" nəşrlərinin səhifələrində Müzəffər Ali Baş Komandanımızın xalq müraciəti və ermənilərin təslim olması barədə yazılar dərc edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə