ELM VƏ TƏHSİL


Azərbaycan xalqının istiqlal yolunun zirvəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əhməd Hacıyev 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, 20 Yanvar faciəsindən 29 il ötüb. Həmin gün uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Daha sonra biologiya üzrə fəlsəfə doktorları Afiq Qazıyev, Xanağa Babayev, Sevinc Hüseynova və Zemfira Qədimova 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.