REGİONLAR


Azərbaycan xanımları dərin zəka və tükənməz potensialları ilə dövlət idarəçiliyinin ən yüksək pillələrində təmsil olunurlar

Salyan, 8 mart, Mahir Babayev, AZƏRTAC

Salyanda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınların iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, qadınların respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd edib ki, Azərbaycan xanımları dərin zəka və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Qadınların cəmiyyətin həyatında mühüm rol oynaması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsidir və müəyyən olunmuş bu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, Salyanda da qadınlar bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.

Qadın hansı sahədə çalışsa da ən ümdəsi o, qayğıkeş ana, vəfalı, sədaqətli həyat yoldaşıdır, ona görə də onun adı hər zaman ucalardadır fikri ayrı-ayrı çıxışlarda xüsusi vurğulanıb.

Mərasimdə “N” saylı hərbi hissədə xidmət edən bir qrup salyanlı əsgərin anaları ilə görüşü təşkil olunub və analar bu görüşü ən qiymətli bayram hədiyyəsi kimi dəyərləndiriblər.

Bayram tədbiri rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.