SİYASƏT


Azərbaycan xarici işlər nazirinin müavini Finlandiya Respublikasında işgüzar səfərdə olub

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 20-21-də Finlandiya Respublikasında işgüzar səfərdə olub.

XİN-dən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya parlamentinin birinci vitse-spikeri Antti Rinne, Finlandiya Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə həyata keçirilən bu səfərin və paytaxtlarda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Həmçinin ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri, eləcə də aktual beynəlxalq və regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini Fariz Rzayev və Finlandiya XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.