SİYASƏT


Azərbaycan xarici işlər nazirinin müavini: Sülh bütün mədəniyyətlərin irəli getməsi üçün əsas şərtdir

Bakı, 2 dekabr, AZƏRTAC

Sülh bütün mədəniyyətlərin irəli getməsi üçün əsas şərtdir. Bu, imtiyaz deyil, hüquqdur, haqdır. Biz insanların təfəkkürünü dəyişib onların düşüncəsinə təsir etməliyik. Biz toqquşmalara deyil, sivilizasiyaların əməkdaşlığına inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı ifadə edib.

“Tərəflər arasında qarşılıqlı ünsiyyət çox önəmlidir. Azərbaycan nadir coğrafiyada yerləşir. Ölkəmizdə uzun illərdir sülh şəraitində yaşayan icmalar var. Azərbaycan “Bakı Prosesi” çərçivəsində 13 ildir çox sayda tədbirlərə ev sahibliyi edib. Həmçinin ölkəmizdə Qlobal Bakı Forumu da təşkil olunur. Biz özümüzün mədəni kimliyimizi dünyaya nümayiş etdiririk. Bu, bizə münaqişələrin qarşısını almağa kömək edəcək”, - deyə nazir müavini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.