REGİONLAR


Azərbaycan yaşadıqca, Heydər Əliyevin əməlləri də yaşayacaq

Lənkəran, 5 may, Bağır Əliyev, AZƏRTAC

Xalqımız dövlətimizin xilaskarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 98–ci ildönümünü möhtəşəm nailiyyətlərlə qeyd edir. Ümummilli lider Heydər Əliyevi bizlərdən cismani ayıran zaman kəsiyi uzandıqca, onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini, xalqına və Vətəninə sonsuz məhəbbətini daha dərindən hiss edirik. Aradan illər, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, Ulu Öndərə olan tükənməz xalq məhəbbəti isə bitməyəcək, Azərbaycan yaşadıqca, Heydər Əliyev və onun əməlləri daim yaşayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev deyib.

Müstəqilliyimizin güclənməsində, onun daha da inkişaf etdirilməsində Heydər Əliyevin müstəsna rolunu vurğulayan C.Quliyev, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin daim tərəqqisi üçün çalışdığını, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğunu, gələcək nəsillərin taleyi üçün düşündüyünü, onlara həmişə qayğı və diqqət göstərdiyini, canından çox istədiyi Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlardan uğurla çıxardığını diqqətə çatdırıb.

Tarixçi-alim, Ulu Öndərin bütün ömrünü Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi və firavan həyatı uğrunda mübarizəyə həsr olunduğunu bildirib: “Azərbaycan tarixinin böyük bir epoxası onun adı və fəaliyyəti ilə bağlıdır. Bu böyük şəxsiyyətin hakimiyyət illəri bir-birindən kəskin surətdə fərqlənən iki müxtəlif dövrə təsadüf edir. Heydər Əliyevin siyasi və diplomatik fəaliyyəti hər zaman dünya siyasətçilərinin diqqət mərkəzində olub. Dünyanın ən nüfuzlu dövlət başçıları və tanınmış siyasi xadimlər hələ sağlığında ona yüksək qiymət verərək, haqqında dəyərli fikirlər söyləyiblər. Ömrünü bütünlüklə Vətəninə, xalqına, müstəqil dövlət quruculuğuna həsr etmiş bu böyük insanın adı tarix boyu yaşayacaq.”

Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Cəmil Quliyev Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığımız hərbi–siyasi Zəfəri xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsi kimi dəyərləndirib.

O, daha sonra deyib: “Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti xalqımız dəstəkləyir və müdafiə edir. 2020–ci il noyabrın 10–u xalqımızın, dövlətimizin tarixinə qızıl hərflərlə yazılan şanlı tarixdir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altında olan hər qarış torpağı Vətən etmək üçün axıdılan qanların qisasının alındığı, torpaqlarımızın bütövlüyü yolunda qurban gedən şəhidlərin ruhlarının şad olduğu gündür. Dünyada yaşayan 50 milyonluq azərbaycanlının başını dikəldən, bu möhtəşəm xalqı qürurlu edən, qalib edən bir tarix yazılır. Bu sevincli, qürurlu günləri bizə yaşadan, Qələbə sevincini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.