MƏDƏNİYYƏT


Azərbaycan yazıçısı Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan yazıçısı Varis Yolçuyev beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub. Bu mötəbər qurumda həmsədrlik missiyasını yazıçımız Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Yazıçı təyinatla bağlı AZƏRTAC-a verdiyi açıqlamasında belə yüksək beynəlxalq tribuna əldə etməyindən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edib ki, həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır.

Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab olunan Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə önəm verilməsinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.