MƏDƏNİYYƏT


Azərbaycan yazıçısının hekayəsi Gürcüstan ədəbiyyat portalında

Bakı, 11 iyul, AZƏRTAC

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Dilsuzun gürcü dilinə tərcümə edilmiş “Mobil telefon” hekayəsinin yayımına başlayıb.

AZƏRTAC xəbər verir ki, 2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski, Mario Varqas Lyosa, Zbiqnev Herbert, Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

Portalın baş redaktoru tanınmış gürcü yazıçısı Malxaz Xarbediadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.