MƏDƏNİYYƏT


Azərbaycan yazıçısının romanı qazax dilinə tərcümə olunmuşdur

Astana, 1 fevral (AZƏRTAC). Tanınmış yazıçı, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Kamal Abdullayevin “Yarımçıq əlyazma” romanı qazax dilinə tərcümə olunmuşdur.

Kitabı Qazaxıstan Texniki Universitetinin dosenti Seytbay Abenov tərcümə etmişdir. Əsər bu ilin yayınadək Astanada nəşr olunacaqdır.

Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov bildirmişdir ki, roman indiyədək dünyanın müxtəlif dillərinə çevrilmiş, Rusiya, Fransa, Polşa, Türkiyə, Braziliya və başqa ölkələrdə nəşr edilmişdir. O qeyd etmişdir ki, Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından ancaq “Yarımçıq əlyazma” romanı çap edilmişdir.

V.Salahov demişdir ki, “Yarımçıq əlyazma” romanının da daxil olduğu trilogiyanın digər kitabı - “Sehrbazlar dərəsi” romanı keçən il artıq Astanada qazax dilində nəşr edilmişdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.