İQTİSADİYYAT


Azərbaycan yenidən Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan 2018-2019-cu illər üçün yenidən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Maliyyə Komitəsinə üzv seçilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb.

Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib. Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanon isə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.

Sevindirici haldır ki, Azərbaycan Respublikası 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası zamanı Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il iyunun 12-14-də Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olub və Azərbaycan haqqında xüsusi videoçarx nümayiş etdirilib.

Bununla da sessiya öz işini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.