İDMAN


Azərbaycan yığmaları Avropa Klubları Kuboku yarışlarında birinci yerləri tuturlar

Bakı, 13 oktyabr, AZƏRTAC

Antalyada (Türkiyə) kişilərdən və qadınlardan ibarət klub komandaları arasında Avropa Kuboku uğrunda yarışların beşinci turu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət “Odlar Yurdu” yığma komandası bu turu heç-heçə başa vurub (3:3). Bizim şahmatçıların budəfəki rəqibləri turnirin əsa favoritlərindən biri olan Rusiyanın “Globus” komandası idi. Bu turda altı partiyanın hamısı heç-heçə başa çatıb.

Açıq sessiyada hərəsi doqquz komanda xalı toplamış «Odlar Yurdu» və «Globus» komandaları liderlik edir. “Alkaloid” (Makedoniya), “AVE Novi-Bor” (Çexiya), “Medniy vsadnik” (Rusiya) və «Csm Baia Mare» (Rumıniya) komandaları liderlərdən bir xal geri qalır.

Azərbaycanın qadınlardan ibarət yığma komandası 5-ci turda Rusiyanın “ŞSM Legacy Square Capital” klubunu 2,5:1,5 hesabı ilə məğlub edib. Zeynəb Məmmədyarova Alina Kaşlinskayaya, Xanım Balacayeva Anastasiya Sarinaya qalib gəlib, Ülviyyə Fətəliyeva Yekaterina Kovalevskaya ilə sülh bağlayıb, Gülnar Məmmədova isə darya Pustovoytovaya uduzub.

Qadınlar arasında kubok yarışlarında hərəsi 8 xal toplamış «Odlar Yurdu» və «Chess Club NONA Batumi» komandaları irəlidədir. Rusiyanın «UGRA Chess Club» komandasının aktivində 7 xal var, «ŞSM-Legacy Square» isə 6xal toplayıb.

Altıncı turda kişilərdən ibarət «Odlar Yurdu» komandamız «Mednyi Vsadnik» ilə, qadınlardan ibarət «Odlar Yurdu» isə «UGRA Chess Club» komandası ilə qarşılaşacaq.

Turnirin qalibləri və mükafatçıları İsveçrə sistemi üzrə keçirilən 7 turun yekunlarına əsasən müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.