İDMAN


Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya millisi ilə üz-üzə gələcək

Bakı, 11 noyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq.

Matçın baş hakimi macarıstanlı Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Milliyə ilk dəfə çağırılan “Qarabağ”ın hücumçusu Musa Qurbanlının, “Neftçi”nin müdafiəçisi Mert Çelikin və “Sumqayıt”dan Xəyal Nəcəfovun Sloveniya ilə matçda debüt edəcəyi ehtimal olunur.

“Sabah”ın futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən ilin son matçlarında iştirak edə bilməyəcək.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.