İDMAN


Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlanıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılaşmasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcəklər. İlk iki oyun Bakı vaxtı ilə saat 16:00-da, sonuncu qarşılaşma isə saat 18:00-da başlayacaq.

Yığmamızın seçmə mərhələ oyunları üçün heyətində Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə),

Pəritan Bozdağ (“Konak Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfətdinova (“Gənclik”), Dilgə Uyğun (“Ayntraxt”, Almaniya), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Konak Bələdiyyə Spor”, Türkiyə), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Mərvə Özdemir (“Ayntraxt”, Almaniya), Muazəz Yağmur Özkumru (“Konak Bələdiyyə Spor”, Türkiyə), Çağla Miray Kanpara (“Herta 03 Zehlendorf”, Almaniya), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”) və Hatice Özdemir (“Montabaur”, Almaniya) yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.