REGİONLAR


“Azərbaycan yüksəliş yolunda" mövzusunda keçirilən rəsm müsabiqəsinə yekun vurulub

Astara, 15 may, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan yüksəliş yolunda" mövzusunda yeniyetmə və gənclər arasında keçirilən rəsm müsabiqəsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on bir gün davam edən müsabiqədə rayonun ümumtəhsil məktəblərini, Astara Dövlət Rəsm Qalereyasını və Lənkəran Rəssamlıq Məktəbini təmsil edən 27 istedadlı gəncin əl işi münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin yekun nəticələrinə əsasən, Astara şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Pərvin Qəhrəmanlı birinci, gənc rəssam Nərmin Axundzadə ikinci, Səncərədi kənd tam orta məktəbin VIII sinif şagirdi Elvira Fərziyeva üçüncü yerlərə layiq görülüblər.

Lənkəran Rəssamlıq Məktəbinin şagirdləri Solmaz Əmirova, Fatimə Mirzəyeva, Firuzə Məmmədova və Astara şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Qəhrəmanlı fərqləndirici yerlərə sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.