Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan zəngin dövlətçilik tarixinə malik olan xalqdır

Azərbaycan zəngin dövlətçilik tarixinə malik olan xalqdır

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il keçir. Hər bir tarixi hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu illər ərzində qazanılan uğurlar, təcrübə qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsində stimulverici amildir. 105 ilin zirvəsindən baxdıqda bugünkü qalib Azərbaycanı görərək belə bir əminliyi fəxrlə qeyd edirik ki, müstəqil ölkəmizi hələ bundan sonra daha möhtəşəm uğurlar gözləyir. Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalq kimi tanınır və nüfuz qazanıb. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi, parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. İyirmi üç ay mövcud olan Cümhuriyyət müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayandı: “Xalqın sabaha ümidləri itmişdi. Belə bir çətin dövrdə xalq üzünü xilaskarına - Ulu Öndər Heydər Əliyevə tutdu. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı müstəqilliyin sevincini yaşamağa başladı. Yeni Azərbaycan quruldu. O Azərbaycan ki, Ulu Öndər Heydər Əliyev ilk gündən onun dünyaya Günəş kimi doğmasını arzu etdi və düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində bu istəyinə nail oldu”.

Ulu Öndərin müstəqilliyimizin əbədiliyini təmin etmək üçün gördüyü işlərin miqyasının ölçüyəgəlməz olduğunu diqqətə çatdıran deputat deyib: “Ümummilli Lider sabitliyin yaradılmasını ən vacib amil kimi önə çəkdi. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycan xalqının ən böyük arzularından biri təbii sərvətlərinin əsl sahibinə verilməsi idi. Ümummilli Lider xalqın bu arzusunu da reallığa çevirdi. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu fikir hər zaman vurğulanır ki, neftlə zəngin çox ölkələr var, amma heç də onlara uğur gətirməyib. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən qurması ölkəmizin hərtərəfli inkişafını təmin edir. Ən əsası əldə olunan gəlirlərin ədalət prinsipi əsasında bərabər bölünməsi, sosial müdafiənin gücləndirilməsi prioritet məsələ kimi öndə dayanır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür”.

Malik Həsənov qeyd edib ki, müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin tarixi paralellər əsasında müqayisəli təhlili günümüzün əsas çağırışları sırasındadır: “İndiki və gələcək nəsillər müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz buna görə Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq onun xilaskarlıq missiyası gəlir”.

Deputat qürurla bu məqamı da bildirib ki, artıq üçüncü ildir bayramları, tarixi günləri Zəfər ruhunda qeyd edirik: “Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi, bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdi. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununda da 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi nəzərə alınaraq qərara alınmışdır ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Artıq üçüncü ildir ki, 28 May tarixini Zəfər ruhunda Müstəqillik Günü kimi qeyd edirik”.

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Qarabağlı və Şərqi zəngəzurlu Azərbaycan daim müstəqil siyasətinin fonunda qazandığı uğurları ilə dünyanın diqqətində olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd hüquqi qüvvəyə minəcək

Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq seminarlar davam edir

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir

Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq

Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub

AZƏRTAC-ın təqdimatında “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi İctimai TV-də nümayiş olunacaq VİDEO

Qubada idman jurnalistləri üçün təlim keçirilib

Ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlayır

Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq