CƏMİYYƏT


Azərbaycana “Sputnik V” peyvəndinin növbəti partiyası gətirilib

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycana Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin növbəti partiyası gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiyadan Azərbaycana ümumilikdə 80 min doza “Sputnik V” vaksini çatdırılıb.

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin 40 min doza peyvənddən ibarət ilk partiyası gətirilmişdi.

Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə isə mayın 18-dən başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.