CƏMİYYƏT


“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 21 may, AZƏRTAC 

Mayın 21-də Bakıda “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin mahiyyətindən danışıb. Bildirib ki, UEFA Avropa Liqasının finalının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı İngiltərə mediasında süni ajiotaj yaradılıb. Azərbaycanın istər siyasi, istər nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsini gözü götürməyən qüvvələrin milyonların böyük həyəcanla gözlədiyi Avroliqanın finalını hədəf seçməsi böyük təəssüf doğurur.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının idarə heyətinin üzü - “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, siyasi şərhçi Azər Həsrət, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli İngiltərə mediasında yaranan bu ajiotajın qərəzli olduğunu bildiriblər. Qeyd edilib ki, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınır. Ölkəmiz bir çox beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir. Belə mötəbər tədbirlərin Azərbaycanın dünyada tanıdılması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan çıxışçılar deyiblər ki, bu cür qərəzli yanaşmalar ölkəmizin bütün sahələrdə inkişafını gözü götürməyən qüvvələrin işidir. Hər bir azərbaycanlı buna qəti etirazını bildirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.