İQTİSADİYYAT
Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi 150 Gbp/s-i ötüb
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, fevralda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3,3 faiz artaraq 150 Gbp/s-dən çox olub.
Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 33,3 faiz artıb. Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 14,3 faiz artaraq 35 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 48,6 faiz artıb.