İQTİSADİYYAT
Azərbaycana dörd ayda ən çox Rusiyadan məhsul gətirilib
Bakı, 24 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycana ən çox Rusiyadan məhsul gətirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, dörd ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb. Rusiyadan idxal 694,5 milyon ABŞ dolları, Türkiyədən 687,4 milyon dollar, Çindən isə 620,5 milyon dollar dəyərindədir.
Qeyd edilən dövrdə ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 883,4 milyon dollar, Türkiyəyə 1 milyard 267,5 milyon dollar, İsrailə isə 541,6 milyon dollardır təşkil edib.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 930,6 milyon dollar, Türkiyə ilə 1 milyard 955 milyon dollar, Rusiya ilə 893,4 milyon dollar dəyərindədir.