İQTİSADİYYAT


Azərbaycana elektrik enerjisi ötürən “Dərbənd” stansiyası yenidən qurulur

Moskva, 18 fevral, AZƏRTAC

Azərbaycana elektrik enerjisi tranzitində iştirak edən 330 kilovotluq “Dərbənd” elektrik stansiyasının yenidən qurulmasına 1,4 milyard rubldan (təxminən 280 min manat) çox vəsait yatırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosseti” şirkətinə daxil olan “Yuqa” magistral elektrik şəbəkəsinin mətbuat xidməti məlumat yayıb. Dağıstanın ən iri elektrik stansiyalarından olan “Dərbənd” yardımçı stansiyası respublikanın cənubunu, o cümlədən Dərbənd şəhərini elektrik enerjisi ilə təmin etməklə yanaşı, Azərbaycana elektrik enerjisi ötürülməsində iştirak edir.

Stansiyanın yeni avadanlıqla təchiz edilməsi Azərbaycana ötürülən elektrik enerjisinin həcmini artırmağa imkan verəcək. Yardımçı stansiyanın gücünün 25 faiz artacağı gözlənilir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.