CƏMİYYƏT


Azərbaycana koronavirusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib

Bakı, 16 oktyabr, AZƏRTAC 

Dünyada koronavirusun virulentliyinə, xəstəliyin ağırlaşması və ölümə səbəb olmasına dair araşdırmalar aparılır. Artıq Azərbaycana da koronavirusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib. Araşdırmalar Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

Onun sözlərinə görə, hazırda xəstələrin sayının artdığı mərhələdə virusun daha öldürücü və ağır olduğunu demək tezdir: “Bununla bağlı müşahidə aparılacaq. Ümid edirik ki, bu, olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.