CƏMİYYƏT


Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib

Bakı, 7 yanvar, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirlərini uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 2-də “Biləsuvar” dövlət sərhədindənki buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1991-ci il təvəllüdlü Oğba Turac Hassanali və 1980-ci il təvəllüdlü Biqam Çupluceh Araş Esfandiyarın üzərinə baxış keçirilərkən onların daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan heroin aşkarlanıb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyi orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmədov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.