CƏMİYYƏT
Azərbaycana qanunsuz yolla 60-a yaxın mobil telefonun gətirilməsinin qarşısı alınıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycana qanunsuz yolla 60-a yaxın mobil telefonun gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VOLKSWAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd "Samsung Galaxy J1 prime", 2 ədəd "Samsung Galaxy J5", 45 ədəd "Otel 230", 2 ədəd "X-BO Model-06" markalı mobil telefon, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.