Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycana şöhrət gətirən rənglər
Avqustun 7-si Xalq Rəssamı Toğrul Nərimanbəyovun ad günüdür

Bakı, 7 avqust (AZƏRTAC). O, dərdini fırça ilə bölüşdü. Atasının Sibir sürgününə, anasının Səmərqənd nisgilinə ancaq çəkdiyi rəsmlərdə təsəlli aradı. Həyat onu sıxdıqca, qanını qaraltdıqca, o da rənglərə sığındı. Çətin və kədərli günlərini ən parlaq, al-əlvan rənglərə boyadı. Hər rəngdə bir cür gördü özünü. Hər rəng də bir cür ovsunladı öz “şikarını”. Rənglərin dilini öyrəndikcə, özünü öyrəndi, özünü tapdı və sevdi. Şöhrətə gedən yolda çox çətinliklərə sinə gərdi Toğrul Nərimanbəyov. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylandı, Göyçay narına əbədi xoşbəxtlik gətirdi, harada oldusa Azərbaycanı düşündü, Vətəni təmsil elədi. Bu sevgi ilə dünyanı dolaşdı, mərd, məğrur, qürurlu bir insan ömrü yaşadı, sənəti ilə şəxsiyyətini tamamladı, kamillik zirvəsinə ucala bildi.

Avqustun 7-si Xalq Rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun ad günüdür. Bu böyük sənətkar bütün ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürmədi. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürdü. İçindəkiləri solmayan rənglər dünyasına danışdı...

Qələbə - həyatı sevməyi bacaranlarındır

T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin mühəndis – elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.

Fransada yaşayan ailənin ilk övladı Vidadi də elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdır.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir.

Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Nar-Vətən simvolu kimi

Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxır. O, narı elə çəkdi ki, bu nemətdən dadanların da, dadmayanların da ağızı sulandı, dodağı çatladı. O, narı elə təqdim etdi ki, bu yumruq boyda meyvənin timsalında Vətəni göstərə bildi. Toğrul Nərimanbəyov narın tilsimə düşməyini belə ifadə edib: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Biz böyük şair Rəsul Rza ilə o rayona ova gedirdik. Ənvər Məmmədxanlı da bizimlə idi. Mən Göyçayda böyük nar bağlarını görəndə riqqətə gəldim. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə aludə olub nar mövzusunda bir sıra rəsmlər çəkdim. Onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Bir sözlə, mən həqiqətən narı sevirəm. Mən onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm”.

Dünyanı dolaşan rəsmlər

Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır.

Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

Sənətkarın qızı, Əməkdar Rəssam Əsmər Nərimanbəyova deyir: “Bu sərgilərin çoxunda atamla birlikdə iştirak etmişəm. Onun sənətinə sonsuz tamaşaçı sevgisi sonradan məni də rəssam olmağa həvəsləndirdi”.

Dünyanın möhtəşəm sərgi salonlarında əsərləri nümayiş etdirilən, illər uzunu Amerikada, Avropada yaşayan Toğrul Nərimanbəyov qəlbən çox azad, yüksək ideallar uğrunda çarpışan bir sənətkar idi.

O, həm də gözəl opera ifaçısı idi

Rəngin səsini duymaq hər adama nəsib olmur. Bunun üçün ən azı gərək Toğrul Nərimanbəyov kimi fitri istedada sahib olasan.

Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

O, sağlığında müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltəraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.

Rəssamın qızı söyləyir ki, klassik musiqiyə dərin məhəbbəti olan Toğrul Nərimanbəyov Azərbaycan muğamlarının vurğunu idi.

Fransa Ensiklopediyasına düşən yeganə azərbaycanlı

T.Nərimanbəyovun zəhməti heç də hədər getmədi. Bu bənzərsiz insan həyatın sərt üzünə rəğmən ayaqda durmağı bacardı. Tanrının ona bəxş etdiyi fitri istedadı zəhməti hesabına parlada bildi və ən əsası nəyə qadir olduğunu sübut etdi. Əbəs yerə deyil ki, 30 yaşında əməkdar, 33 yaşında isə xalq rəssamı adına layiq görüldü.

O, daim yeni arzularla yaşayırdı, yaradıcılıq üfüqlərində ilğım kimi gah görünüb, gah da gözdən itən zirvələri fəth etməyə çalışırdı. Və buna nail olurdu. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatına layiq görüldü.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət onu İçərişəhərdə emalatxana ilə təmin etmişdi.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirildi. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edildi.

Dünyanın heç yerində Günəş

Bakıdakı kimi doğmur

Rəssamın yaradıcılığında Abşeron mənzərələrinin, nemətlərinin, tarixi abidələrinin xüsusi yeri var. O, Şirvanşahlar sarayının rəsmini çəkəndə 14 yaşı vardı və heç ağlına gəlməzdi ki, bu bağlılıq ömrü boyu onu tərk etməyəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq həmişə mövzularının başında Abşeron dayanacaq. Uzun illər ABŞ-da, Parisdə yaşasa da Bakıya tez-tez gəlirdi. Yaratdığı əsərləri ilə bəşərilik qazanmış bu insanın köksündə Azərbaycan torpağının məhəbbəti çırpınırdı. Belə olmasaydı, sidq ürəklə deməzdi: “Dünyanın heç harasında Günəş Bakıdakı kimi doğmur. Mənə elə gəlir ki, Abşeron günəşinin bənzəri yoxdur. Ona görə də burada yaşayan insanlar enerjilidirlər, istedadlıdırlar. Hələ Qobustan qayalıqları... Mən oradakı hər bir daşı canlı varlıq kimi sevirəm”.

Tezliklə Vətən torpağı öz qoynunda

dahi oğlunun son rəsmini cızacaq

“Ölüm mənim üçün qorxulu deyil”. Bu sözü o deyib. Rəssamın bir arzusu da var idi: “Mənim babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm...”. Təəssüf ki, Toğrul Nərimanbəyov bu arzusuna çata bilmədi. Dünyadan Şuşa həsrəti ilə köçdü.

Təkcə bumu? Bu gün onun narahat ruhu hər gecə Parisdən Bakıya, Buzovnaya, Şuşaya yol gəlir. Yəqin ki, bu nisgilə də bir gün son qoyulacaq və Vətən torpağı öz qoynunda dahi oğlunun son rəsmini cızacaq.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO