ELM VƏ TƏHSİL


Azərbaycana yay gəlib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azərbaycana yay fəsli daxil olub. Bununla da təqvim üzrə yaz fəsli başa çatıb.

Bu barədə AZƏRTAC-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsi qeydə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.