ELM VƏ TƏHSİL
“Azərbaycanca Vikipediya”da Aslan bəy Kriçinski haqqında məqalə yaradılıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK-in təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da AXC dövründə hökumət dəftərxana idarəsinin rəisi işləmiş Aslan bəy Kriçinski haqqında məqalə yaradılıb.
Məqalə ilə https://az.wikipedia.org/wiki/Aslan_b%C9%99y_Kri%C3%A7inski linkində tanış olmaq mümkündür.
Aslan bəy Kriçinski 1887-ci il sentyabrın 25-də Vilnüsdə doğulub. Qardaşı Olqerd Kriçinski Polşanın və Azərbaycanın görkəmli ictimai xadimi olub.