İQTİSADİYYAT


Azərbaycanda 1200 yerli investisiyalı MMC qeydiyyata alınıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4 faiz çox) qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9 faiz təşkil edib.

Həmin dövrdə, həmçinin 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.