İQTİSADİYYAT
Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdirilib
Bakı, 20 iyun, Elvin Camalov, AZƏRTAC
Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov iyunun 20-də Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycan əhalisinin 4,6 milyon nəfəri iqtisadi cəhətdən fəaldır. Bunlardan 1,5 milyon nəfəri iqtisadi fəaliyyətini rəsmiləşdirib.
Ə.Əhmədov qeyd edib ki, iqtisadi fəaliyyətini tənzimləməyən insanların 70-75 faizinin əmək müqaviləsi yoxdur.