İQTİSADİYYAT


Azərbaycanda 15 min 59 xarici investisiyalı şirkət qeydiyyatdan keçib

Bakı, 6 mart, AZƏRTAC

Bu il martın 1-dək Azərbaycanda 15 min 59 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ilk 2 ayda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 1,5 dəfə çox olub. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.