İQTİSADİYYAT
Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 17 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliyi isə alıcıya seçim imkanı verir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, növbəti hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub və bunun 11-i elektron qaydada həyata keçirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar avqustun 23-ü və 30-da keçiriləcək.
Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.