İQTİSADİYYAT


Azərbaycanda 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir

Bakı, 10 sentyabr, AZƏRTAC

Hazırda ölkədə fəaliyyət göstərən 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, avqustun 1-nə banklarda aparılmış cari hesablar üzərindən ödəniş əməliyyatlarının 34,3 faizi (27,3 milyard manat) elektron bankçılıq xidmətləri vasitəsilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.