İDMAN


Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə diskvalifikasiya edilib

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə diskvalifikasiya edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

"Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçala" komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, MOİK-in futbolçuları E.Mehtiyev və F.Əliyev cari mövsüm Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun (0:4) nəticəsini manipulyasiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.