Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1300-dən çox şirkəti fəaliyyət göstərir

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1300-dən çox şirkəti fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev iyunun 8-də Bakıda keçirilən III Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda deyib.

Nazir Şahin Mustafayev artıq ənənəvi olaraq keçirilən biznes-forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Hazırda Strateji Tərəfdaşlıq Sazişi hazırlanır və artıq bununla bağlı Avropa Parlamenti tərəfindən Avropa Komissiyasına mandat verilib, bu istiqamətdə 3 işçi qrupu fəaliyyət göstərir.

İqtisadiyyat naziri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 35 faiz, 2017-ci ilin 4 ayında isə 38 faiz təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Avropa İttifaqına üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. "Cənub Qaz Dəhlizi" layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan "Şahdəniz 2" üzrə işlərin 93 faiz, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə 85 faiz, TANAP üzrə 72 faiz, TAP üzrə 42 faiz yerinə yetirilib.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində 1992-ci ildən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, hazırda dünya iqtisadiyyatında gedən neqativ proseslərdən qaynaqlanan xarici mənfi təsirlərinin qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması məqsədilə mövcud çağırışların tələblərinə uyğun iqtisadi islahatlar davam edir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, Strateji Yol Xəritələri və müxtəlif proqramlar qəbul edilib. Azərbaycan iqtisadiyyatı, son zamanlar həyata keçirilən kompleks islahatları diqqətə çatdıran iqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, biznes mühitinin yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının, tranzit imkanlarından səmərəli istifadənin, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin, qeyri-neft ixracının artırılmasının, ixracın şaxələndirilməsinin prioritetliyini vurğulayıb. Bildirilib ki, iqtisadi sahədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı kəskin azaldılıb, inzibati prosedurlar sadələşdirilib, elektron xidmətlər, sahibkarlığın inkişafına dəstək mexanizmləri genişləndirilib və s. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 800 milyon dollar investisiya qoyulub. İndiyədək sahibkarlara 154 investisiya təşviqi sənədi verilib ki, bu layihələr üzrə iqtisadiyyata 1,5 milyard manat investisiya qoyuluşuna imkan yaradır. Bu ilin 4 ayında ölkədən keçmiş tranzit yüklərin həcmi 23 faiz artıb. Qeyri-neft ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir və artıq Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərinə ticarət nümayəndələri təyin olunub. Avropa İttifaqı ölkələrinə də Azərbaycanın ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.

"Həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir. Belə ki, 2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8 faiz, kənd təsərrüfatı 3,2 faiz, ticarət dövriyyəsi 11,5 faiz, ixrac təqribən 41 faiz, qeyri-neft ixracı isə 23 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 1,3 milyard ABŞ dolları artıb və 39 milyard ABŞ dolları təşkil edir. Aprelin 1-nə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir", - deyə nazir Şahin Mustafayev qeyd edib.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır və görülən bütün işlər Azərbaycan vətəndaşına xidmət edir. Diqqətə çatdırılıb ki, Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Avropa İttifaqı ölkələri ilə əməkdaşlığa gəlincə, nazir Şahin Mustafayev bildirib ki, Avropa İttifaqı ölkələri sənaye parklarına investisiya qoya bilər və bunun üçün sənaye parklarında əlverişli şərait yaradılıb. Bundan başqa, sənaye, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə sahələrində Avropa İttifaqı ilə əməkdaşlıq imkanları genişdir.

Bu il Aİ-nin Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcəyini deyən Avropa Komissiyasının qonşuluq siyasəti və Avropa İttifaqının genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktorluğunun Şərq Tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit deyib ki, Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Avropa İttifaqı yalnız Bakı ilə yox, Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir. L.Meredit, həmçinin Aİ-nin Şərq Qonşuluğu ölkələri ilə yanaşı Azərbaycanla da biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər gördüyünü qeyd edib.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz yeni sazişdə geniş çeşidli fəaliyyət sahələri bir araya gələcək. "Hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir. Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq", - deyə M.Mard vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, ölkədə aparılan islahatlar nəticəsində manatın sabitləşdirilməsi, inflyasiyanın nəzarət olunan həddə endirilməsi, qeyri-neft ixracatının həcminin və çeşidinin artması, həmçinin strateji valyuta ehtiyatlarının artımına nail olunub. Qeyd edilib ki, indiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyətlərin real sektorun orta və uzunmüddətli dayanıqlı inkişafına transformasiya edilməsidir. Xüsusilə, maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının icrası və investisiya qoyuluşunun artması bu ildən başlayaraq iqtisadi artım tempinin bərpa edilməsinə gətirəcək.

Sonra Azərbaycan-Avropa İttifaqı biznes-forumu "Azərbaycanda iqtisadi islahatlar", "Kənd təsərrüfatı və qida", "Ətraf mühit texnologiyaları", "Nəqliyyat və logistika", "İKT və elektron ticarət" mövzularında panel iclasları ilə davam etdirilib.

"Azərbaycanda iqtisadi islahatlar" adlı paneldə Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılmasından, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclardan, "Kənd təsərrüfatı və qida" mövzusunda panel iclasda Azərbaycan ilə Avropa İttifaqı arasında aqrar sahədə ticarət dövriyyəsinin həcmindən, idxal-ixrac əməliyyatlarından, "Nəqliyyat və Logistika" adlı paneldə Azərbaycanda mövcud olan beynəlxalq layihələrdən, daşınan yüklərin həcmindən, dəmir yolu sahəsində görülən işlərdən və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətindən, "İKT və Elektron Ticarət" panelində ölkədə informasiya-kommunikasiya sahəsindəki yeniliklərdən, bu sahədə əldə olunan nailiyyətlərdən və elektron ticarətin tətbiqinin sahibkarlığın inkişafına verdiyi töhfələrdən, "Ətraf Mühit Texnologiyaları" panelində isə Aİ tərəfindən maliyyələşdirilən ətraf mühitin monitorinqi üzrə Tvinninq layihəsindən bəhs edilib.

İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes-forumda müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, çıxışlar edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib