İQTİSADİYYAT


Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycanda Avropa İttifaqı (Aİ) ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin ilə görüşündə deyib.

Görüşdə Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin Avropa İttifaqı ölkələrinə mütəmadi səfərlərinin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında xüsusi önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, "2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi" kimi mühüm sənədlər imzalanıb. Bununla yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlığa dair ikitərəfli sazişlər də mövcuddur. Ölkəmiz Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 42 faiz təşkil edib. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Bununla belə, Azərbaycan Aİ ilə əməkdaşlığın davamlı olaraq genişlənməsində maraqlıdır.

Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin Azərbaycan iqtisadiyyatının inkişafı, ölkəmizdə işgüzar fəaliyyətin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni ikitərəfli Sazişə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.