İQTİSADİYYAT


Azərbaycanda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının toplantısı keçiriləcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 30-da Şabran rayonunda yerləşən “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 13 ölkənin təmsil olunacağı tədbirdə 40-dək mütəxəssis, o cümlədən EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin şəhər və bələdiyyə rəhbərlərinin iştirakı nəzərdə tutulur. Bununla yanaşı, ölkəmizdə sağlamlıq-müalicəvi imkanlarına malik Naxçıvan Muxtar Respublikası, Şabran, Naftalan, Qəbələ, Xaçmaz, Quba, Qusar rayon və şəhərlərindən nümayəndələr də iştirak edəcəklər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Nazirliyin uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.