İQTİSADİYYAT


Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.

Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.