İQTİSADİYYAT


Azərbaycanda BMT-nin ekoloji kampaniyasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünyanın bir çox ölkələri tərəfindən birgə buraxılış kimi hazırlanmış “ACT NOW” (İndi hərəkətə keç) mövzusunda poçt markalarını dövriyyəyə buraxıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “İndi hərəkətə keç” kampaniyası 2018-ci ilin dekabr ayında BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransında ser Devid Attenboro tərəfindən başladılıb. Kampaniya insanları gün ərzində 10 sadə qaydaya əməl etməklə dünyadakı iqlim böhranının qarşısının alınmasında iştiraka ruhlandırmaq məqsədi daşıyır. Buraya sağlam qida, suya qənaət, avtomobilsiz həyat tərzi, tullantıların təkrar emalı və sair daxildir.

On markadan ibarət kiçik vərəq şəklində hazırlanmış buraxılış Belarus Respublikasının Bobruysk şəhərində 10000 vərəq tirajla buraxılıb. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.