ELM VƏ TƏHSİL
Azərbaycanda Big Data ilə bağlı tədqiqatlara dəstək verilir
Bakı, 18 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin Big Data sahəsində apardığı tədqiqatlarla bağlı məqaləsi “EaPConnect” və “IntheField” saytlarında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, hər gün dünyada iqlim dəyişikliyi və zəlzələ kimi müxtəlif sahələr üzrə çoxlu məlumat toplanılır. Məlumatların həcmi artdıqca yaradılan məlumatların miqdarı, mürəkkəbliyi və sürəti də artır. Bu da tədqiqatçılar üçün məlumatların saxlanması, idarə olunması və təhlili sahəsində çətinliklər yaradır. Bu səbəbdən Big Data mövcud və gələcək tədqiqat sahələrindən birinə çevrilib.