CƏMİYYƏT


Azərbaycanda COVID-19-a qarşı daha 15 min 465 doza vaksin vurulub

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 465 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9206 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 471 min 579-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 959 min 804, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 511 min 775 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.