CƏMİYYƏT


Azərbaycanda COVID-19-a qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı yarım milyonu ötüb

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 871 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6711, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9160 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 456 min 114-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 953 min 545, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 502 min 569 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.