CƏMİYYƏT


Azərbaycanda COVID-19-a qarşı vurulan vaksinlərin sayı 1 milyon 300 minə yaxınlaşıb

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 min 542 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22 min 34, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5508 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 299 min 323-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 859 min 338, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 439 min 985 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.