CƏMİYYƏT


Azərbaycanda COVID-19 əleyhinə 552 yeniyetmə peyvənd olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda 552 yeniyetmə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində “Pfizer” peyvəndi ilə aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

Yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.