CƏMİYYƏT
Azərbaycanda COVID-19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların sayı 700 mini keçib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında daha 42 min 234 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 930, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8304 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 111 min 722-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 706 min 433, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 405 min 289 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]