CƏMİYYƏT


Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının sayı 8 milyona yaxınlaşır

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycanda 51 min 300 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 826 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 976 min 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 117 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.