MƏDƏNİYYƏT


Azərbaycanda “Creative Business Cup” startap proqramının ölkə finalı keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramının ölkə finalına start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə UFAZ-ın professoru Sultan Əhməd çıxış edərək iştirakçılara uğurlar arzulayıb və onlara bu bilik yarışmasının əhəmiyyətindən söz açıb.

Bildirilib ki, proqrama qəbul olunmuş 19 startap komandası “Creative Business Cup Azerbaijan” finalında Azərbaycanı 2019-cu il iyun və iyul aylarında, Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Creative Business Cup”ın dünya finalında təmsil etmək şansı qazanacaq.

"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir. Azərbaycan üzrə bu ilki nəticələrə görə, proqrama 168 müraciət arasından 19 startap seçilib və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak ediblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçmiş və burada ekspertlər tərəfindən “Creative Business Cup”ın müəyyən etdiyi vacib biznes konseptlər üzərində praktiki işləyərək, layihələrinin ilkin işlək versiyasını hazırlayaraq özlərini ölkə finalına hazırlayıblar.

Vurğulanıb ki, bu gün Azərbaycan finalında komandalar münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 70+ ölkənin hər birinin ölkə finalının qalibi olacaq startap komandası dünya finalına vəsiqə qazanacaqdır.

Azərbaycan finalında komandalar münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün memarlıq, moda, musiqi, film, video və fotoqrafiya, idman, kompüter oyunları və elektronika, oyuncaqlar və oyunlar, 3D çap, proqram təqdimatı, dizayn, təcrübə texnologiyaları, reklam, gastronomi, teatr, rəssamlıq və incəsənət, radio və televiziya üzrə təqdimatlar ediblər.

Təqdimatçılardan Anar Əkbərli komiks personajlarının fiqurlarını, animasiyalarını təqdim edib. Onun ilk məhsulu, Azərbaycanın ilk milli Koroğlu komiksi olub və böyük nüsxə ilə satışa çıxarılıb.

Tədbirdə, həmçinin böyük sahələri, sərfəli şəkildə rəngləyən robot da ideyalardan biri olub.

Uşaqlara əlifbanı, sözləri öyrətmək üçün, 6 dili dəstəkləyən qurğu (aparat) nümayiş olunub və böyük maraqla qarşılanıb.

Təqdimatlardan biri də filmlərin videoçarxlarına baxmaq üçün "İmaginary" android aplikasiyası olub.

Qeyd edək ki, hər bir ölkənin qalib startap komandası dünya finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Finalda dünyanın 70-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.