İQTİSADİYYAT


Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilir

Bakı, 22 sentyabr (AZƏRTAC). Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə daha 15 vericinin quraşdırılması başa çatdırılıb.

“Teleradio” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, vericilər Şamaxı, Quba, Göygöl, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, İsmayıllı, Yardımlı və digər rayonların kəndlərində quraşdırılıb.

Birlik nəzərdə tutulan digər ərazilərin də DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.