İDMAN


Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti dayanıqlı inkişaf təşəbbüslərini davam etdirir

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi zamanı, ənənəsinə sadiq qalaraq, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr həyata keçirib. Formula 1-in 2030-cu ilədək karbon tullantılarının sıfıra endirilməsi hədəflərindən irəli gələrək, bu layihələrin əsas məqsədi ətraf mühitin qorunması və təsirlərin azaldılması, təkrar emalın təşviqi və avtoidman sahəsində ekoloji təşəbbüslərin təbliğidir.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, , ADA Universiteti Fondu, yarış müddətində Media Mərkəzinin fəaliyyət göstərdiyi “Hilton” mehmanxanası, “Bakı Tullantılarının Emalı” MMC, “EcoSolutions” tullantıların idarə olunması xidməti ilə birgə əməkdaşlıq çərçivəsində 14,899 kiloqram plastik tullatının bərpası təmin edilib, yarış zamanı toplanan 290 kiloqram qida qalığı heyvan sığınacağına ianə edilib.

Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı BŞH 2019-cu ildən etibarən “Yaşıl siyasət”ə keçidini elan edərək, bir sıra ekoloji layihələrə imza atıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.