ELM VƏ TƏHSİL


Azərbaycanda Günəş tutulması izlənilir

Bakı, 21 iyun, AZƏRTAC 

Azərbaycanda Günəş tutulması izlənilir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Günəş tutulması saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Xatırladaq ki, dünyada Günəş tutulması Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb, saat 13:34-dək izləniləcək. Tutulmanın maksimum həddi 10:41-də olacaq.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada da müşahidə edilir. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən görmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.