MƏDƏNİYYƏT


Azərbaycanda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Hindistan mətbəxi, milli musiqi alətləri və ölkənin ştatlarından görüntülər nümayiş etdirilib.

Səfir Bavitlunq Vanlalvavna qeyd edib ki, Azərbaycanda Hindistan məhsullarına, o cümlədən Hindistan çayına, düyüsünə və ədviyyatlarına böyük maraq var. Bu maraq Hindistanın Azərbaycanda kifayət qədər tanınmasına kömək edir.

Tədbirdə, həmçinin Hindistanın turizm bölgələrindən görüntüləri əks etdirən videoçarx nümayiş olunub. Bu ölkənin musiqi alətləri ilə yanaşı, milli rəqsləri də təqdim edilib.

Səfir deyib ki, belə tədbirlərin gələcəkdə daha çox keçirilməsinə çalışacağıq. Hindistan mədəniyyəti, xüsusilə filmləri Azərbaycanda məşhurdur. Lakin Hindistan mədəniyyətinin daha geniş təbliğində maraqlıyıq. Diplomat son zamanlar Azərbaycanda hindistanlı turistlərin sayının daha çox artdığını da qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.