İQTİSADİYYAT


Azərbaycanda İndoneziya Ticarət Evinin açılması məsələləri müzakirə edilib

Bakı, 3 dekabr, AZƏRTAC

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və baş katibin müavini Fuad Hümbətov arasında görüş keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, Vüqar Zeynalov Konfederasiya haqqında səfirə geniş məlumat verərək əməkdaşlıq üçün öz təkliflərini irəli sürüb.

Hildi Hamid ölkəsindən Azərbaycana xam palma yağı və kokos yağının ixrac olunduğunu, eləcə də Azərbaycandan İndoneziyaya neft və neft məhsullarının ixrac edildiyini bildirib.

Görüşdə iki ölkə sahibkarları arasında onlayn B2B görüşünün keçirilməsi, Azərbaycanda İndoneziya Ticarət Evinin açılması, səfirin dekabrın 10-11-də Sabirabad və Beyləqan rayonlarına səfərləri zamanı ASK-ın həmin rayonlardakı nümayəndələri ilə görüşü, ASK ilə İndoneziyanın müvafiq biznesə dəstək təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.